Braziliya A seriyasında çempion müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, “Qarabağ”ın sabiq hücumçusu Juninyonun şərəfini qoruduğu “Flamenqo” 37-ci turda “Seara” üzərində 1:0 hesablı qələbə qazanaraq son tura bir qalmış çempionluğunu rəsmiləşdirib.
Komanda “Palmeyras”ı 5 xal qabaqlayır və klub tarixində 8-ci dəfə Braziliya çempionu olub.
Felipe Luisin rəhbərliyi altında “Flamenqo” mövsümü 5 titulla başa vurub – A seriyası, Libertadores kuboku, Braziliya kuboku, Superkubok və Rio-de-Janeyro çempionatı.

