Ölkə futbolu

“Kəpəz” “Səbail”lə oyundan öncə onları təbrik və təqdim edəcək

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində sabah “Kəpəz” öz meydanında “Səbail”i qonaq edəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyundan öncə basketbol üzrə Azərbaycan Kubokunun qalibi “Gəncə” klubunun  qalib heyəti və qazandığı medallar Gəncə şəhər stadionunda azarkeşlərə təqdim olunacaq.

Oyunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun da izləyəcəyi gözlənilir. 

Qeyd edək ki, matç saat 15:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43