09 İyul 2026
Ölkə futbolu

“Kəpəz” yeni transferini açıqladı

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

Şakir Seyidov yenidən Gəncə təmsilçisində çıxış edəcək. Futbolçu ilə iki illik müqavilə imzalanıb.

Müdafiəçi mövqeyində oynayan Seyidov 2023/2024-cü illər mövsümündə də “Kəpəz”in şərəfini qoruyub. Həmin dövrdə “Sabah”dan icarəyə götürülmüş oyunçu “Kəpəz”də 28 matç kecirib və 1 qol vurub.

Şakir Seyidovun son klubu “Sabah” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43