01 İyul 2026
Ölkə futbolu

“Kəpəz”də qərar verildi: Onu bu cəza gözləyir

“Kəpəz”in məşqçilər heyəti legioner futbolçunu əvəzedici həyətə göndərir.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Kresus Donqodan gedir. Buna səbəb afrikalı oyunçunun performansının yetərli olmamasıdır.

O, qarşıdakı günlərdə əsas komanda ilə məşqlərdə iştirak etməyəcək.

Xatırladaq ki, Gəncə klubu hazırda sıfır xalla sonuncu yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43