Kateqoriyasız

“Kəpəz”i “Qarabağ”la oyuna kim hazırlayacaq?

“Kəpəz” bir günlük istirahətdən sonra bu gün məşqləri bərpa edəcək.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasar Vahabzadə və məşqçilər korpusu istefaya göndərildiyindən komandanı hazırlığa əvəzedicilərin baş məşqçisi Xaliq Mərdanov çıxaracaq. O, müvəqqəti olaraq əsas komandaya da başçılıq edəcək.

Qeyd edək ki, “Kəpəz”in Premyer Liqada növbəti oyunu “Qarabağ”la olacaq. Görüş sentybarın 1-də Qəbələdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43