Kateqoriyasız

“Kəpəz”in sabiq futbolçusu qəzada öldü

FutbolPress“Kəpəz”in sabiq futbolçusu Şadon Vinçester vəfat edib.

Trinidad və Tobaqo millisinin üzvü yol qəzasında həyatını itirib. 27 yaşlı vinger ölkəsinin Qasparilyo şəhərində maşın qəzasına düşüb. Onun maşını işıq dirəyinə çırpılıb. Futbolçu ilə yanaşı, maşındakı digər 3 şəxs də vəfat edib.

Şadon Vinçester 2017/2018-ci illər mövsümündə icarə əsasında “Kəpəz”də oynayıb. Onun son klubu Finlandiyanın SJK komandası idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43