28 İyul 2026
Dünya futbolu

Kadi Murad Musayevdən danışdı

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes komandanın baş məşqçisi Murad Musayevlə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı oyunçu “Sabah”ın sabiq çalışdırıcısı barədə xoş sözlər söyləyib:

“Musayev komandada bəzi şeyləri dəyişdi. Lakin tam heyətlə məşq etmək üçün vaxt az olub. Hamının millidən qayıtdığı cəmi iki gündü. Tələblərə gəlincə, hər bir məşqçinin özünün istəyi var. Musayev hələ də bütün tələblərini və yeniliklərini komandaya tam şəkildə çatdıra bilməyib. Amma mənə elə gəlir ki, bu hələ qarşıdadır”.

Musayevin rəhbərliyi altında ilk oyunda “Krasnodar” RPL-in 22-ci turunda “Lokomotiv”lə heç-heçə oynayıb (1:1). 40 xalı olan komanda turnir cədvəlində ikinci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43