Dünya futbolu

Kante “Çelsi”dən ayrılmaq istəmir

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante London klubu ilə müqaviləsini uzatmaq istəyir.

İdmanxeber.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, fransalı  “Arsenal” və “Tottenhem” klublarının maraq dairəsindədir. 

“Zadəganlar” da 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyə hazırlaşır. Kantenin London klubunda qalmağa müsbət yanaşdığı bildirilir. 

O, 2016-cı ildən “Çelsi”də çıxış edir. Fransalı futbolçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43