İdman

“Kəpəz” aşağı diviziya təmsilçisini məğlub etdi

Azərbaycan Premyer Liqasında yaranan fasilə müddətində “Kəpəz” ikinci yoxlama oyununu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” birinci divizionun iştirakçısı olan “Şərurspor” ilə qarşılaşıb. 

Matç Gəncə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatb. Julien Ebahın bir dəfə fərqləndiyi oyunda Nicat Qurbanov dubl edib.

Xatırladaq ki, bundan əvvəlki yoxlama görüşündə “Kəpəz” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43