18 İyul 2026
Dünya futbolu

“Kəpəz” Bakıda hazırlıq keçəcək

İyul ayının 1-dən Gəncədə yeni mövsüm üçün məşqlərə start verən “Kəpəz”in əvəzedici heyəti hazırlığın ilk mərhələsini artıq başa vurub. 

İdmanxeber.com-un məlumatına görə, komandanın toplanışının növbəti hissəsi Bakıda olacaq. “Sarı-göylər” ayın 13-dən 20-nə kimi paytaxtda məşq edəcək. “Kəpəz” “Dalğa Arena”da gündə iki dəfə hazırlıq keçəcək.

Bakıda olduğu müddətdə əvəzedicilər üç yoxlama oyununa çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43