Ölkə futbolu

“Kəpəz”in heyətində zədəlilər var

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya”nın qonağı olacaq “Kəpəz” hazırlığı davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “sarı-göylər” Bakıda hazırlaşır.

Komanda qarşıdakı matç öncəsi paytaxtda son iki məşqini bu gün və sabah keçəcək. Nizami yurdunun təmsilçisinin məşqləri “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında saat 17:30-da başlayacaq.

“Kəpəz”in heyətində iki futbolçunun yüngül zədəsi var. Tural Nərimanov və Tural Rzayevin müəyyən ağrıları olsa da, klubun tibb presonalının səyi nəticəsində hər iki futbolçu hazırlıq prosesində iştirak edə bilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43