Kateqoriyasız

“Keşlə”nin rəqibləri müəyyənləşdi

“Keşlə” yanvar ayının 12-dən 24-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 3 yoxlama oyununa çıxacaq. Tərlan Əhmədovun kollektivi yanvarın 17-si Almaniyanın “Zviçaku”, 22-si Rusiyanın “Arsenal”, 24-ü isə Slovakiyanın “Zemplin” komandası ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43