09 İyul 2026
Dünya futbolu

Keyn “Bavariya”nı seçməsinin səbəbini açıqladı

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen klubuna transfer olmasının səbəblərini açılqayıb.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli futbolçu bunun tək səbəbinin titul qazanmaq olmadığını bildirib:

“Əgər inkişaf etmək istəyirsənsə, yüksək səviyyədə oynamalısan. Dünyanın ən yaxşı hücumçularından biri olmaq üçün Çempionlar Liqasında çıxış etməli və burada titullar uğrunda mübarizə aparmalıyam”.

Keyn yay transfer pəncərəsində 100 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm o, Bundesliqada 3 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43