Kateqoriyasız

Kifayət Qasımova haqqında bədii-sənədli film çəkilib – VİDEO

Cüdo yığmamızın sabiq üzvü, qadınlardan ibarət milli komandanın çalışdırıcısı Kifayət Qasımova haqqında bədii-sənədli film çəkilib.
“After&Before” adlanan ekran işində idmançının portreti tamaşaçılara təqdim olunur.
Filmin ana xəttini qəhrəmanın hələ uşaq ikən məcburi köçkün həyatı yaşamasına rəğmən göstərdiyi əzmkarlıq və Azərbaycan cüdosunun parlaq simasına çevrilməsi təşkil edir.

Ekran işindəki ayrı-ayrı fikirlərdən də görünür ki, olduqca sakit təbiətli Kifayətin daxilindəki coşğu və güc tatamidə olarkən, özünü qeyri-ixtiyari olaraq biruzə verir. İngilis dilində subtitrlarla müşayiət olunacaq filmin yaxın günlərdə geniş təqdimatı keçiriləcək.

Sənədli filmin yay mövsümündə CBC SPORT telekanalı vasitəsilə geniş auditoriyaya təqdim olunması planlaşdırılır.

Müasir kinematoqrafiya standartlarına uyğun işlənilən ekran əsəri Beynəlxalq Cüdo Federasiyasına və İdman filmləri üzrə beynəlxalq müsabiqəyə göndəriləcək.

Ssenari : Azər İsmayıl

Rejissor, montaj : İsa İsayev

İcraçı-prodüsser : Manaf Əzizli


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43