18 İyul 2026
Dünya futbolu

KİV: “Real” PSJ ilə anlaşdı

Kilian Mbappe tezliklə “Real”a keçəcək.

İdmanxeber.az “PSG Community”ə istinadən xəbər verir ki, Madrid klubu hücumçunun transferi üçün PSJ ilə razılığa gəlib. Klub rəsmisi Təmim bin Həməd Əl Tani “Real”ın prezidenti Florentino Pereslə danışıqlardan sonra futbolçunu satmağa razılaşıb.

Transferin ümumi məbləği 250 milyon avro olacaq. 200 milyon dərhal ödəniləcək, 50-si isə bonuslar şəklində olacaq. 

Daha əvvəl Mbappenin PSJ rəhbərliyinə məktub göndərdiyi və orada müqaviləni 2025-ci ilə qədər uzatmaq istəmədiyini bildirmişdi.

Kilian ötən mövsüm Liqa 1-də 34 oyuna çıxıb, 29 qol vurub, 5 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43