l Divizion

Klublar müraciət etdi: PFL iki oyunun vaxtını dəyişdi

“Araz” PFL-ə müraciət edərək, ev oyunlarının keçirildiyi stadionda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsilə əlaqədar olaraq V və VI turun oyunlarının bir gün əvvələ keçirilməsinə icazə verilməsini xahiş ediblər.

Bu səbəbdən də yuxarıda qeyd olunanlar, “Karvan” və “Lokomotiv” klublarının razılıq məktubları nəzərə alınaraq Azərbaycan I divizionunun V turunun “Araz” – “Karvan” matçı 13 oktyabr 2013-cü il tarixindən 12 oktyabr 2013-cü il tarixinə və VI turun “Araz” – “Lokomotiv” matçı 27 oktyabr 2013-cü il tarixindən 26 oktyabr 2013-cü il tarixinə keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43