“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 2-ci turunda “Liverpul” üzərində qazanılan qələbə (1:0) barədə fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu görüşü belə şərh edib:
“Bu çox xoş hissdir, xüsusən də Çempionlar Liqasının ilk oyununda aldığımız acı məğlubiyyətdən sonra. Bilirdik ki, möhtəşəm “Liverpul”a qarşı oynamaq çox çətin olacaq. Bir komanda kimi oynamalı və fürsətlərdən istifadə etməli idik. Biz də məhz bunu etdik”.
İki komandanın da aktivində 3 xal var. Hazırda turnir cədvəlində “Qalatasaray” 18-ci, “Liverpul” isə 16-cı pillədə qərarlaşıb.
3-cü turda “Qalatasaray” “Bude-Qlimt”lə, “Liverpul” isə “Ayntraxt”la üz-üzə gələcək. Oyunlar 22 oktyabrda keçiriləcək.

