Dünya futbolu

“Kontenin qarşısında axmaq yoxdur” – braziliyalı futbolçu

“Tottenhem”in futbolçusu Rişalirson baş məşqçi Antonio Konteni tənqid edib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu az oynamasından şikayətlənib. 25 yaşlı oyunçu ehtiyatda qalmasının ədalətli olmadığını bildirib:

“Niyə oynamadığımı bilmirəm. “Çelsi” və “Vest Hem”ə qarşı yaxşı çıxış etmişdim. Sonra isə ehtiyatda qalmağa başladım. “Vulverhempton”a qarşı cəmi beş dəqiqə meydanda oldum. Səbəbini soruşanda heç kim bir şey demədi. Dünən idman zalında test verməmi istədilər. Nələr olduğunu başa düşə bilmirəm.

Bu mövsüm mənə çox az forma şansı verilib. Görək, Konte bu barədə nə deyəcək. Onun qarşısında axmaq yoxdur. Mən peşəkar oyunçuyam. Hər gün çalışıram, oynamaq istəyirəm. Bu mövsüm çox bərbad keçib”.

Rişalirson cari mövsüm “Tottenhem”də 25 oyun forma geyinib. O, 11 görüşdə əsas heyətdə meydana çıxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43