Dünya futbolu

PSJ israr etmir, Amerika klubu Messi üçün gəlir

Amerikanın “İnter Mayami” klubu PSJ-nin hücumçusu Lionel Messini pulsuz almaq istəyir.

İdmanxeber.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, klub Messi ilə müqavilə imzalamaq üçün böyük səy göstərir. Buna səbəb ABŞ-ın 2026-cı il dünya çempionatına ev sahibliyi etməsidir.

Belə ki, Leonun ölkəyə gəlişinin mundialın təbliğatında böyük rol oynayacağı bildirilir. Messi əgər Paris klubundan ayrılsa, karyerasını Avropada davam etdirməyəcək. Ulduz futbolçunun tez-tez Amerikaya getdiyi də vurğulanıb.

Xatırladaq ki, PSJ Messi ilə müqavilə uzatmaq istədə də, hələ də yekun nəticə yoxdur. Rəhbərlik komandanın Çempionlar Liqasına vida etməsinin ardından oyunçuya qalması yönündə çox da israr etmir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43