25 İyul 2026
İdman

Millimizin üzvü Macarıstan Kubokunun qalibi olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan Kubokunun qalibi olub.

İdmanxeber.az-ın məlumatına görə, blokçunun çıxış etdiyi “Vaşaş” finalda “Bekeşçaba” ilə üz-üzə gəlib.

Rəqibini 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesabı ilə üstələyən “Vaşaş” titula sahib çıxıb. Abduləzimova bu qarşılaşmada 14 xal qazanıb.

Qeyd edək ki, Ayşən Abduləzimova 3-cü dəfə Macarıstan Kubokunda qızıl medal əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43