Dünya futbolu

Pol Poqba zədələndi

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu  “Sampdoriya” ilə dünənki matçda (4:2) heyətdə yer almayıb. Oyundan sonra “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri futbolçunun zədəsi barədə danışıb.

İtaliyalı mütəxəssis fransalı oyunçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağını bildirib.

Pol Poqba bu mövsüm “Yuventus”da 2 matç keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43