Dünya futbolu

“Bu qələbə qızıla bəbarədir” – Xavi

“Barselona” La Liqanın növbəti turunda “Atletik” klubunu məğlub edib (1:0).

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandez görüş sonrası fikirlərini bildirib. O, komandasının çıxışını belə dəyərləndirib:

“Yenə hər şey eynidir. Biz daha yaxşı oynamalı və hücuma keçməliyik. Çətin bir səfrədə önə keçdik, bunu qorumağa məcburduq. Bu qələbə bütün qızıla bərabərdir. 9 xal fərqlə liderliyi qoruyub saxladıq. Qələbəyə laiq idik. Müdafiəyə inam olmaq vacibdir.

Hücumda təkmilləşməli və daha sakit, səbirli olmalıyıq. Mən mövqeyimizdən çox razıyam. Unutmuyun ki, La Liqa və Çempionlar Liqasının qalibi “Real Madrid”in 9 xal önündəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43