Dünya futbolu

“Arsenal” bizim sona qədər gedəcəyimizi yaxşı bilir” – Pep Qvardiola

Pep Qvardiola Premyer Liqada çempionluq yarışını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis “Arsenal” klubu haqda xoş sözlər söyləyib. O, London klubunu Premyer Liqa çempionluğunda favorit kimi görür:

“Arsenal” öndə olduğu üçün favoritdir. Onlar ilk dövrəni inanılmaz keçirdilər, sonra bir qədər azalma oldu, amma indi geri qayıdıblar. Uzun illərdir çempion olmurlar. Buna görə də oyunlarda son dəqiqələrə kimi mübarizə aparırlar.  Bu, sahib olduqıları ən böyük motivasiyadır.

İngiltərədə adətən mövsümü çempion kimi tamamlayan komandalar yaxşı davam edə bilmirlər. “Mançester Siti” isə hələ yarışdadır. Mövsümün sonunda nə olacağını bilmirəm. Ancaq “Arsenal” bizim sona qədər gecəyimizi bilir. Bu, əla hissdir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43