Dünya futbolu

PSJ-dən radikal qərar – 5 futbolçu göndərilir

PSJ yayda bir neçə futbolçusu ilə yollarını ayırmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, bunlar Karlos Soler, Renato Sançes, Fabian Ruis, Xuan Bernat və Yuqo Ekitikdir. PSJ artıq maliyyə feyr-pley qaydalarına əməl etmədiyinə görə cəzalandırılıb.

Ona görə də klub növbəti 3 il ərzində əlavə sanksiyaların qarşısını almaq üçün xərclər və gəlirlər arasındakı fərqi azaltmalı olacaq.

Bununla bağlı PSJ-nin müşaviri Luis Kampos və baş məşqçi Kristof Qaltye adıçəkilən futbolçulardan qurtulmağa qərar veriblər.

Serxio Ramosun müqavilə yeniləməsi də onun mövsümün qalan hissəsindəki oyun səviyyəsindən asılı olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43