Ölkə futbolu

Kor püşk millimizi Ermənistana rəqib etdi

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən Azərbaycan yığması 4-cü qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43