Ölkə futbolu

Kosovonun baş məşqçisi: “Bakıda mümkün olan hər şeyi edəcəyik”

“Azərbaycan güclü və aqressiv komandadır”

İdmanxeber.az-ın məlumatına görə, Millətlər Liqasında millimizin qrupunda yer alan Kosova komandasının baş məşqçisi Bernard Şalland ölkə mətbuatına açıqlama verib.

“Mən bu komandada təkcə Millətlər Liqası üçün yox, həm də gələcək üçün çalışıram. Kosovonu 2 yaşlı körpə də adlandırmaq olar. Amma o, daim böyüyəcək və yaxşı gələcəyi olacaq. Azərbaycan güclü və aqressiv komandadır. Hesab edirəm ki, bu qrupda birinci yeri tuta bilərlər. Ona görə də ehtiyatlı olmalıyıq. Mərhəmət hissindən söhbət gedə bilməz, Bakıda mümkün olan hər şeyi edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43