“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldu karyerasını bitirmək fikrində deyil.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliyalı Səudiyyə Ərəbistanı yığmasında 2023-cü ilin yanvarından çıxış edir və onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Mənbənin qeyd etdiyi kimi, 40 yaşlı futbolçu qarşıdakı iki mövsüm oynamağı planlaşdırır. O, bir neçə transfer təklifi alıb və yaxın günlərdə gələcəyinə qərar verəcək.
Daha əvvəl hücumçunun karyerasını Portuqaliyada davam etdirə biləcəyi barədə məlumatlar yayılıb.

