Futbol üzrə Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Anton Krivotsyukun da formasını geyindiyi “Daejeon” evdə “Suvon”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Daejeon” hazırda 41 xalla 8-ci pillədə qərarlaşıb.

