“Latsio” yayda Cob Bellinqemi transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “qartallar” “Sanderlend”də çıxış edən 18 yaşlı oyunçunu heyətinə qatmaq üçün “Real” və “Nyukasl”la mübarizə aparacaq.
Xatırladaq ki, Cobun böyük qardaşı Cud “kral klubu”nda çıxış edir.
Hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən kiçik Bellinqem bu mövsüm Çempionşipdə 31 oyunda 5 qol vurub.

