06 İyun 2026
Ölkə futbolu

“Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafı üçün atılan addımdır”

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov AFFA Hesabat Konfransı sonrası açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri legioner limitinin ləğvi barədə də danışıb:

“Azərbaycan səviyyəsində “Sabah”ın futbol akademiyasını qənaətbəxş hesab etmək olar. Klubumuzun aşağı yaş qruplarından ibarət komandalarının və əvəzedici heyətin nəticələri göz qabağındadır. 7 il əvvəl bu işə qol qoyduq və demək olar ki, bəhrəsini görməyə başlamışıq. Həmin futbolçular bir-iki il sonra əsas komandaya cəlb olunacaqlar. Bu baxımdan legioner limitinin ləğvi “Sabah” klubu olaraq bizə ziyandır. Bunu klub prezidenti kimi deyirəm. AFFA İcraiyyə Komitəsində təmsil olunduğumu da bilirsiniz. Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafı üçün atılan addımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43