Kateqoriyasız

“Lex” – “Qarabağ” oyununda anşlaq olacaq

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” matçına bilet satışı davam edir.

İdmanxeber.az xəbər verir ki, satışa çıxarılan biletlərin artıq 16 min 382-si satılıb.

43.260 tamaşaçı tutumuna malik Poznan arenanın oyun günü tam dolması gözlənilir.

“Lex” – “Qarabağ” matçı iyulun 5-də baş tutacaq. Cavab oyunu bir həftə sonra Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43