FİFA Jan-Kevin Oqustin transferi üçün “Lids”in əleyhinə qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu 2020-ci ilin yanvarında “Leypsiq”dən “Lids”ə icarəyə verilib. O, komandada 3 oyun keçirib və iyulun əvvəlində Almaniya klubuna qayıdıb.
Sonradan məlum olub ki, “Lids” Çempionşipdən Premyer Liqaya keçdiyi üçün futbolçunu almaq məcburiyyətindədir. İngiltərə klubu müqavilənin 30 iyun 2020-ci ilə qədər hesablandığını iddia etsə də, koronavirus pandemiyası səbəbindən mövsüm iyulun 17-də başa çatıb.
İdman Arbitraj Məhkəməsi də Almaniya komandasının tərəfini tutub və “Lids”ə 21 milyon avro ödənilməsinə qərar verib. Sonda tərəflər münaqişənin həllinə razılaşıb və “ağ-qaralar” 15,5 milyon funt-sterlinq ödəyib.
Oqustin hazırda “Bazel”də çıxış edir və İsveçrə çempionatında 12 oyunda 3 qol vurub.

