18 İyul 2026
Ölkə futbolu

Lionel Messi tarixi rekorda imza atdı

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi karyerasında 1300 məhsuldar epizoda çatan ilk futbolçu olub.

İdmanxeber.az xəbər verir ki, ulduz futbolçu MLS-də 1/4 finalda “Sinsinnati” üzərində qazanılan 4:0 hesablı qələbə matçında bir dəfə fərqlənib və üç məhsuldar ötürmə edib.

Bununla da onun ümumi statistikasında 896 qol və 404 asist yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43