“Liverpul” “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopeslə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “Qırmızılar” 21 yaşlı oyunçu üçün 50 milyon avro təzminat ödəməyə hazırdır. Gənc futbolçu “Barsa” daimi oynamadağı üçün ayrılmaq istəyir.
“Liverpul” da bu fürsətdən yararlanmaq niyyətindədi.
Futbolçu bu mövsüm “Barselona”nın heyətində 34 oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

