FİFA Türkiyənin “Konyaspor”, “Antalyaspor” və “Kayserispor” klublarını cəzalandırıb.
İdmanxeber.az-ın məlumatına görə, borclarını ödəyə bilməyən adıçəkilən komandalara üç dönəmlik transfer qadağası qoyulub. Klublar maliyyə problemlərini həll etsələr, cəza qüvvədən düşəcək.
Hazırda Super Liqanın turnir cədvəlində “Antalyaspor” 39 xalla 10-cu, “Konyaspor” 34 xalla 12-ci, “Kayserispor” isə 33 xalla 15-cidir.

