28 İyul 2026
Dünya futbolu

“Liverpul” Kloppun yerinə italiyalını gətirə bilər

“Liverpul”un Yurgen Kloppun əvəzləyicisi kimi nəzərdən keçirdiyi baş məşqçi bəlli olub.

İdmanxeber.az-ın “The Ahtletic” nəşrinə istinadən məlumatına görə, klub “İnter”in baş məşqçisi Simone İnzaqi ilə maraqlanır. Ancaq italiyanın ingilis dilini bilməməsi bu keçidə mane ola bilər.

56 yaşlı Klopp 2023/24 mövsümünün sonunda “Liverpul”u tərk edəcəyini açıqlayıb. Almaniyalı mütəxəssis 2015-ci ilin oktyabrından kluba rəhbərlik edir.

İngiltərə çempionatının 29 turundan sonra “Liverpul” 67 xalla turnir cədvəlində birinci yerdədir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43