08 İyun 2026
Dünya futbolu

“Liverpul” Konate ilə anlaşa bilmir

“Liverpul”un müdafiəçisi İbrahima Konate gələn yay azad agentə çevrilə bilər.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu ilə klub arasında yeni müqavilə danışıqları uzanır və tərəflər hələ razılığa gəlməyiblər.

26 yaşlı Konate yanvardan etibarən istənilən klubla öncədən razılaşma imzalaya bilər. Ona “Real”, “Barselona” və “Bayern” kimi nəhənglər maraq göstərir.

Konate 2021-ci ildən “Liverpul”da çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43