13 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Neftçi”nin yeni transferi Bakıda

“Neftçi”nin dayaq yarımmüdafiəçisi İdrissa Dumbiya ilə razılığa gəldiyini xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisinin yeni transferi artıq Bakıdadır. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, İdrissa Dumbiya karyerası ərzində “Anderlext”, “Sportinq”, “Ueska” və “Alanyaspor” kimi tanınmış klubların formasını geyinib. O, 2023-cü ildən bəri Kot-d”İvuar millisində 4 oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43