21 İyul 2026
Dünya futbolu

“Liverpul” “Qalatasaray”a rekord təkliflə gəlir

“Qalatasaray”ın yayda “Monako”dan 30,7 milyon avroya transfer etdiyi Vilfrid Sinqo klubdan ayrılmağa yaxınlaşır.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi “Liverpul”un ciddi maraq dairəsinə düşüb. Sinqonun müqaviləsində 60 milyon avroluq sərbəstqalma maddəsi var.

Sinqo bu məbləğə satılacağı halda Super Liqa tarixinin ən bahalı transferi olacaq.

Futbolçu bu mövsüm “Qalatasaray”da 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43