Moskva “Dinamo”sunun gənc hücumçusu Ulvi Babayev Azərbaycan əsilli olmasına baxmayaraq, futbol üzrə Rusiya millisində çıxış etmək istəyini bildirib.
İdmanxeber.az xəbər verir ki, 21 yaşlı futbolçu “Çempionat”a açıqlamasında belə deyib:
“Atamın Azərbaycanda doğulmasına böyük hörmətim var. Amma mən Rusiyada doğulmuşam. Heç kim mənə müraciət etməyib və mən də o istiqamətdə düşünməmişəm. Mənim öz hədəflərim var və onları Rusiya millisində görürəm”.
Qeyd edək ki, son günlər mətbuatda Ulvi Babayevin “Spartak”ın maraq dairəsinə düşdüyü barədə xəbərlər yayılıb. Futbolçunun “Dinamo” ilə müqaviləsi gələn yay başa çatır.

