21 İyun 2026
Dünya futbolu

“Liverpul” rekord transferə hazırlaşır

“Bayer” klubunun yarımmüdafiəçisi Florian Virts “Liverpul”a keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 22 yaşlı alman futbolçu üçün 130 milyon avro təklif edib ki, bu da klubun tarixində rekord transfer ola bilər. Futbolçu “Bavariya”, “Mançester Siti” və “Real”ın marağına baxmayaraq, mersisaydlılara qoşulmaq istədiyini bildirib.

2024/25 mövsümündə Virts bütün turnirlərdə 39 oyun keçirib, 16 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 140 milyon avro olaraq qiymətləndirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43