Dünya futbolu

“Liverpul”un “Real”a qarşı uğursuz seriyası davam edir

“Liverpul” ardıcıl 8 oyundur Çempionlar Liqasında “Real”a qalib gəlmir.

İdmanxeber.az-ın məlumatına görə, komanda cari mövsüm ÇL-də hər iki oyunda da Madrid təmsilçisinə məğlub olub. İki klub arasında Çempionlar Liqasında son 8 oyunda “Real” iki dəfə finalda (2018 və 2022-ci illərdə) olmaqla, 7 dəfə qalib gəlib.

Bir görüşdə isə heç-heçə qeydə alınıb.

Sonuncu dəfə “Liverpul” “Real”ı 2009-cu il martın 10-da Çempionlar Liqasının 1/8 finalında məğlub edib (4:0).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43