Dünya futbolu

İspaniya klubunun 4 üzvünə 17 oyunluq cəza

İspaniya Futbol Federasiyası “Xetafe” – “Kadis” oyununda baş verənlərə hüquqi qiymət verib.

İdmanxeber.az-ın məlumatına görə, La Liqanın 25-ci turnda keçirilən matç 2:2 hesabə ilə sona çatıb. Qonaq komandanın oyunun 90+16-cı dəqiqəsində penaltidən vurduğu qoldan sonra qara qarışıb.

Türkiyəli futbolçu Enes Ünalın adını tabloya yazdırmasının ardından futbolçular arasında dava düşüb. Bununla əlaqədər federasiya 4 oyunçunu cəzalandırıb.

Ev sahibi komandanın qapıçısı Ledesmaya 4, müdafiəçi Edison Karselenə 3, qapıçısı məşqçisi Lolo Bokardoya 6 və köməkçi məşqçi Dieqo Riberaya 4 oyun cəza verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43