Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 4-cü turunun son matçında “Kəpəz” səfərdə son illərin dəyişilməz çempionu “Qarabağ”la qarşılaşıb və heç-heçə edib -1:1.
İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra “Kəpəz“in paltardəyişmə otağında yaşanan hadisələrin görüntüləri sosial şəbəkədə yayılıb. Öncə komandanın baş məşqçisi Azər Məmmədov futbolçulara sərgilədikləri gözəl oyuna görə təşəkkür edib və rəhbərliyin bu nəticəyə mükafat verəcəyinin siqnalını verib.
Daha sonra klubun icraçı direktoru İlqar Nadiri paltardəyişmə otağına gəlib. Klub rəhbərinin gəlişi futbolçuların alqışları ilə müşayiət olunub.

