Dünya futbolu

“Mən artıq gənc deyiləm” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “İnter” qalibiyyətindən (0:1) danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının çıxışında razı qaldığını bildirib. O, bu qələbənin yaxşı bir motivasiya olacağını da vurğulayıb:

“Bu, bizim üçün çox vacib qələbədir, “İnter”ə qarşı öz meydanında sürpriz etmək çətindir. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib gələ bildik. Komandamız yaxşı pressinq etdi və rəqibə çox imkan vermədi. 

Komandaya təşəkkür edirəm. Milli oyunlarla bağlı yaranmış fasilədə rahat istirahət edə bilərik. Futbolçulara dedim ki, mən artıq gənc deyiləm. Qalib gəlin və mənə əziyyət verməyin. Onlar da bunu etdi.

Kollektv şəkildə hücumda və müdafiədə yaxşı çıxış etdik. Bizim durumda olmayanlar 15 xal itirməyin nə olduğunu başa düşə bilməzlər. Amma biz Avropa Liqasının 1/4 finalına, İtaliya Kubokunun yarımfinalına çıxdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43