Kateqoriyasız

“Mən nə Messi, nə də Ronalduyam” – İbrahima Vadji

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, seneqallı forvard öz oyun üslubu haqda danışarkən elə də texnikalı oyunçu olmadığını bildirib:

“Mən nə Messi, nə Neymar, nə də Ronalduyam. Normal futbolçuyam. Əsas işim son nöqtəni qoymaq, müdafiənin arxasına qaçmaq, vuruşmaq və ikili mübarizələrdən qalib ayrılmaqdır. Mən meydanda döyüşürəm”.

Təcrübəli hücumçu “Sent Etyen”i seçməsi haqda da danışıb: “3-4 klub mənimlə maraqlanırdı. Aralarında aşağı dəstə təmsilçiləri də var idi. Amma “Sent Etyen” mənimlə maraqlanmağa başlayanda buraya gəlmək istədiyimi bildiridm. Çünki Fransada həmyerlilərim çoxdur. Bu komanda ölkəmizdə də çox populyardır”.

Vadji “Sent Etyen”də 25 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: “Qızım bu tarixdə dünyaya gəlib. “Qarabağ”da eyni nömrə ilə oynayırdım”.

Qeyd edək ki, İbrahima Vadji “Sent Etyen”lə 3 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43