“Red Bull” pilotu Maks Ferstappen 10-cu yarışda 8-ci qələbəsini qazandı.
İdmanxeber.az-ın məlumatına görə, Britaniya Qran-Prisində bu mövsüm dəqələbə yenə Maksın oldu. 2-ci yeri “Maklaren”dən Lando Norris, 3-cü yeri isə “Mersedes”dən Luis Hamilton tutdu.
Niderlandlı pilot çempionatda komanda yoldaşı Serxio Peresin 99 xal önündə liderliyini davam etdirir.

