14 İyul 2026
Dünya futbolu

Maltanın qapıçısı: “Azərbaycanla oyundan xal ala bilərik”

Millətlər Liqasının III turuna start verilir.

Millətlər Liqasında eyni qrupda yer aldığımız Malta komandasının qapıçısı Endryu Hoqq   Kosovo ilə keçirəcəkləri oyundan öncə ölkə mətbuatına açıqlama verib. O, qarşıdakı iki qarşılaşmadan da xalla ayrıla biləcəklərini bildirib:

“Azərbaycanla heç-heçə etdiyimiz oyun bizi digər oyunlara biraz daha ümidli baxmağa vadar etdi. Qrupun favoriti olan Kosovoya qarşı oynayacayıq. Düzdür rəqibin kifayət qədər səviyyəli oyunçuları var. Ancaq biz də əlimizdən gələni edəcəyik. Düşünürəm ki, Kosovo və Azərbaycan oyunlarından xalla ayrıla bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43