08 İyul 2026
Dünya futbolu

“Mançester Siti” fransalı futbolçu ilə maraqlandı

“Lion”un 21 yaşlı yarımmüdafiəçisi Rayan Çerki karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti” futbolçuyla razılığa gəlib. “Şəhərlilər”in yaxın vaxtlarda Fransa klubuna rəsmi transfer təklifi göndərəcəyi gözlənilir.

Fransalı futbolçu 2024/25 mövsümündə Liqa 1-də 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43