Ölkə futbolu

“Mançester Siti” “Real”dan xeyli üstün idi” – Xavi Hernandes

“Barselona”nın baş məqşçisi Xavi Hernandes İspaniya mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis “Real”ın Çempionlar Liqasında “Mançester Siti”yə 0:4 hesabı ilə uduzmasına münasibət bildirib:

“Futbolda “sönük” sözünü sevmirəm. Bu səbəbdən də belə bir ifadə işlətməyəcəm. Baxın, “Mançester Siti” “Real”dan xeyli üstün idi və bundan yararlandılar. Ancaq Madriddə keçirilən ilk oyunda belə bir üstünlük yox idi.

Ümumilikdə “Mançester Siti” qələbəyə layiq idi. Onlar dünyanın ən yaxşı komandasıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43